Orban: Aİ-nin Rusiyaya qarşı strategiyası nəticə vermədi
Written by Mir on July 23, 2022
Sanksiyaların işğalçı ölkəni sarsıtdığı görünmədiyi üçün Aİ-nin Rusiyaya qarşı yeni strategiyaya ehtiyacı var. Reuters xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Orban hesab edir ki, yeni strategiya müharibədə qalib gəlməyə deyil, sülh danışıqlarına yönəlməlidir. Cümə axşamı Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiyaya qarşı sanksiyalar ölkənin kursunu dəyişməyə səbəb olmayacaq.
Ukrayna prezidenti Vladimir Zelenski Wall Street Journal-a müsahibəsində Rusiya işğal olunmuş ərazilərdən çıxarılmadan atəşkəs görmək istəmədiyini bildirib.