Oliqarxlara və banklara qarşı yeni sanksiyalar paketi

0
54

Üç mənbənin Reuters-ə verdiyi məlumata görə, Avropa Komissiyası Ukraynanın işğalı ilə əlaqədar Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketi hazırlayıb.

Mənbələrin bildirdiyinə görə, bu gün Aİ səfirlərinin müzakirə edəcəyi sanksiya paketi Belarusun üç bankını Swift bank sisteminə qadağa qoyacaq və daha çox oliqarx və rus siyasətçini Aİ-nin qara siyahısına əlavə edəcək.