Noyabrın 20-də Azərbaycanda rəsmi səfərdə olan İraq Prezidenti Əbdüllətif Camal Rəşidin rəsmi qarşılanma mərasimi olub.

0
13

  • Azərbaycanın və İraqın dövlət bayraqlarının dalğalandığı meydanda Əbdüllətif Camal Rəşidin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
  • Prezident İlham Əliyev İraq Prezidentini qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi İraq prezidentinə raport verib. Dövlət başçıları əsgərləri salamlayaraq fəxri qarovul dəstəsinin ətrafından keçdilər.
  • Azərbaycanın və İraqın dövlət himnləri səsləndirilib. İraq nümayəndə heyəti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Əbdüllətif Camal Rəşidə təqdim olunub. Sonra dövlət başçıları birgə xatirə şəkli çəkdirdilər.