Nikol Paşinyan deyir ki, o, müxalifətə təslim olmayacaq və Azərbaycanla növbəti müharibəyə imkan verməyəcək. Kəndlər Azərbaycana qaytarılacaq və normallaşma prosesi Türkiyə ilə davam edəcək.
Paşinyana yaxın çevrələr bildirirlər ki, Paşinyan xalqa müraciət edəcək və bundan sonra da Azərbaycanla sülhü dəstəkləyəcək. Əks halda, Paşinyan Azərbaycanın hərəkətlərinə görə məsuliyyət daşımayacaq.