AZMTV

AZMTV

Current track

Title

Artist

Netanyahu: “Qəzzada əməliyyatları atəşkəsdən sonra da davam etdirəcəyik”

Written by on November 23, 2023

İsrail hakimiyyəti müvəqqəti atəşkəsdən sonra Qəzza zolağında hərbi əməliyyatları bərpa etmək, Fələstinin HƏMAS radikal təşkilatının hərbi və inzibati potensialının məhvi də daxil olmaqla, qarşıya qoyulan bütün tapşırıqların yerinə yetirilməsinə nail olmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunları İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.

“Məni düz başa düşmənizi istəyirəm: müharibə davam edir. Qarşıya qoyulan bütün hədəflərə çatana qədər davam edəcəyik: oğurlananların hamısını geri qaytarmaq, HƏMAS-ı məhv etmək və müharibədən bir gün sonra Qəzzaya İsrail vətəndaşları üçün təhlükə yaradan bir qüvvə rəhbərlik etməməsini təmin etmək”, – o deyib.

Netanyahu əmin edib ki, ölkə hakimiyyəti İsrailin həm cənub, həm də şimal sərhədlərində təhlükəsizliyi bərpa etmək niyyətindədir.

“Biz həm cənuba, həm də şimala təhlükəsizliyi qaytaracağıq. Biz qalib gəlirik və tam qələbəyə qədər mübarizəmizi davam etdirəcəyik”, – Baş nazir əlavə edib.


Reader's opinions

Leave a Reply

Your email address will not be published.



AZMTV

AZMTV

Current track

Title

Artist