İsrailin baş naziri Benyamin Netanyahu dünən axşam ölkəsinin təhlükəsizlik kabinetinin müşavirləri və nazirləri ilə görüş keçirərək, İsrail ordusunun İrana üçüncü hücuma hazırlıq səviyyəsini müzakirə edib.
Bu xəbəri İsrailin Kanal 12 televiziyası yayıb.
Məlumata görə, bu görüşdə müzakirə mövzularından biri də Donald Tramp administrasiyası fəaliyyətə başlayandan sonra Vaşinqtonun İrana qarşı yeni və qətiyyətli siyasəti olub.