Müsavat İnformasiya Agentliyi: “Qlobal Media Qrupu”nun nəzdində fəaliyyət göstərən “Report”, “Baku TV” və “oxu.az” onlayn xəbər agentliklərinə kütləvi kiberhücum edilib.
Yuxarıda qeyd olunan media qrupuna aid olan internet saytlarına giriş məhdudlaşdırılıb.
“Report” xəbər agentliyinin ana səhifəsində “Azərbaycan İslam Müqavimət Hərəkatı”, “Hüseyniyyə”, “tezliklə” ifadələri yer alıb.