MSK: İlham Əliyev 92,05% səslə liderdir

0
49

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

APA xəbər verir ki, Məzahir Pənahov bildirib ki, hazırda 6 537 məntəqədən 6102-nin nəticələri daxil olub.

Məzahir Pənahov nəzərə çatdırıb ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

  • İlham Əliyev – 92,05 faiz (4 281 625 səs);
  • Zahid Oruc – 2,19 faiz;
  • Fazil Mustafa – 2 faiz;
  • Qüdrət Həsənquliyev – 1,76 faiz;
  • Razi Nurullayev – 0,8 faiz;
  • Elşad Musayev – 0,67 faiz;
  • Fuad Əliyev – 0,53 faiz;

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,05%-ni toplayaraq qalib gəlib.