Tərəflər bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə edib
Bu xüsusda, “Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində işlərin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Bölgədə Ermənistanın silahlandırılması səylərinin sülh və sabitliyə təhdid olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.