MKİ-nin keçmiş rəhbəri Ukraynanın qələbəsinə inanır

0
30

ABŞ-ın keçmiş generalı və CIA direktoru Devid Petreus Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gələcəyinə inanır. Omni yazır ki, Almaniyanın Bild Zeitung qəzetinə verdiyi müsahibədə o, Rusiyanın qələbəsinin “çox çətin” olduğunu söyləyib.

Onun fikrincə, ilkin şərt odur ki, Qərb Ukraynaya silah tədarükünü indiyə qədər etdiyi sürətlə davam etdirsin.

David Petreus Amerikanın ən bacarıqlı hərbçilərindən biri hesab olunur və ABŞ ordusunun Mərkəzi Komandanlığının rəhbəri, ABŞ-ın İraqdakı baş komandanı və Əfqanıstandakı NATO komandiri vəzifələrində çalışıb.

O, 2012-ci ildə münasibətdə olduğu jurnalistə məxfi məlumatları sızdırdığı qalmaqaldan sonra MKİ direktoru vəzifəsindən istefa verib.