Rusiya Mariupolda sabit irəliləyiş əldə edib və dünən mühasirəyə alınan liman şəhərinin mərkəzi hissələrinə daxil olub, BBC-yə istinadən ABŞ-da yerləşən “Müharibə araşdırması” analitik mərkəzi bildirir. Analitik mərkəzin məlumatına görə, Ukrayna hakimiyyəti regional hərbi əməliyyatların koordinasiyasını asanlaşdırmaq üçün indi şəhəri tərk edib.
Ukrayna hökuməti bəyan edir ki, Rusiya bu yaxınlarda taktikasını dəyişib və Kreml indi itkilərini azaltmaq üçün müharibənin daha uzanan mərhələsinə qədəm qoyub.


























