Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı keçirdiyi mətbuat konfransında Qərbə sərt açıqlamalar verib. O, ABŞ-ı Avropanı idarə etmək cəhdində ittiham edib.
“Napoleon və Hitler bütün Avropanı öz nəzarəti altına almaq məqsədi güdürdülər, indi ABŞ Avropaya nəzarəti ələ keçirib”, – Lavrov bildirib.
“Reuters”in məlumatına görə, Lavrov Rusiyanın hərbi hücumunu “sona qədər” davam etdirəcəyini bildirib. O, həmçinin Qərbi “ağlında nüvə silahı var” və Rusiyanın belə bir düşüncəsi olmadığını da ittiham edib.
Bu həftənin əvvəlində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Lavrova münasibət bildirərək onu “zəmanəmizin Ribbentropu” adlandırıb. Yoahim fon Ribbentrop nasist siyasətçisi və 1938-1945-ci illərdə Almaniyanın xarici işlər naziri olub.
Kuleba onu da bildirib ki, Lavrovun “əlində ukraynalı uşaqların qanı var”.


























