Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib

0
39

Bu barədə təşkilatın katibliyinin mətbuat xidmətindən bildirilib.

Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə Ermənistana missiyanın göndərilməsi barədə razılıq əldə olunub.

Mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyət, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.