Kiyevdə 100-ə yaxın küçə yeni adlar alır
Written by Mir on August 26, 2022
Ukraynanın paytaxtı Kiyevin 95 küçəsinə Rusiya və Sovet mirasını təmizləmək məqsədilə yeni adlar verilir. Bu barədə Kiyevin meri Vitali Kliçko ölkənin müstəqilliyinin 31 illiyini qeyd edəndən bir gün sonra bildirib.
Fevralın əvvəlində Rusiya Ukraynanı işğal etməyə başlayandan bəri ölkə yüzlərlə illik Rusiya hakimiyyətinin yaddaşını silmək üçün bir növ “derussiya” adlandırdığı kampaniyanı gücləndirib.
“Yeni adlar Ukraynada baş vermiş əlamətdar tarixi hadisələrin, eləcə də Ukraynanı şöhrətləndirmiş və dövlətimizin müstəqilliyi uğrunda mübarizə aparmış məşhur simaların və qəhrəmanların xatirəsini əbədiləşdirməlidir”, – mer Telegram-da yazır.
Böyük Britaniyanı özünün ən sadiq müttəfiqi hesab etdiyi üçün küçəyə London adı verilib. Digər bir küçə bu gün “Ukrayna dirçəliş küçəsi” adlanır – Ukraynanın yenidən doğuş küçəsi.