AZMTV

AZMTV

Current track

Title

Artist

Kelloq: Rusiya ərazi güzəştlərinə getməli olacaq

Written by on February 16, 2025

Rusiya ərazi güzəştlərinə getməli, silahlı qüvvələrini azaltmalı və gələcəkdə onlardan istifadədən imtina etməlidir.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bildirib.

Onun sözlərinə görə, “Ukrayna da güzəştə gedə bilər”. Bundan başqa, Kelloq Rusiyaya qarşı sanksiyaların hazırda nə dərəcədə effektiv olduğunu qiymətləndirib.

“Onlar 10-dan 6 səviyyəsindədir. Lakin onların həyata keçirilməsi 10-dan 3 səviyyəsindədir. İqtisadiyyata təsir edən sanksiyalar lazımdır. Biz bunu keçmişdə İranla etmişik, biz bu ölkəni çox ciddi şəkildə sarsıdan sanksiyalar tətbiq etmişik”, –o vurğulayıb.


Reader's opinions

Leave a Reply

Your email address will not be published.



AZMTV

AZMTV

Current track

Title

Artist