Biz Azərbaycanla enerji təchizatına keçid, bərpa oluna enerji ilə bağlı ətraflı müzakirələr apardıq.
APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıda mətbuat konfransında bildirib.
O, aparılan danışıqlardan razı qaldığını söyləyib.
“Azərbaycanın bərpa olunan enerji resursları baxımından potensialı böyükdür. Xüsusilə dənizdə olan imkanlar (külək) zəngindir, biz görüşlərimizdə bu imkanları da müzakirə etdik. Metan qazının tullantılarının azaldılması ilə bağlı söhbət apardıq. Biz bu istiqamətdə Azərbaycanın öhdəliyini alqışlayırıq. Mən bu müzakirələrdən razı qaldım”.
Zümrüd Paşkin