İsveçdə məktəb yaxınlığında baş vermiş silahlı insidentdə 10-a yaxın insan ölüb

0
18

İsveçdə məktəb yaxınlığında baş vermiş silahlı insidentdə 10-a yaxın adam həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə polis orqanları məlumat yayıb.

“Hadisə nəticəsində 10-a yaxın adam ölüb. Hazırda kimliyin müəyyənləşdirilməsi üzərində işləyirik. Qurbanların ümumi sayı məlum deyil”, – məlumatda deyilir.

Mətbuat konfransında polis rəsmiləri atəş açan şəxsin öldürüldüyünü əlavə edib. O, tək hərəkət edib və motivləri bəlli deyil.