İsrailin postsovet məkanında xarici siyasətinin patriarxı: “Putinlə sərt danışmaq lazımdır”

0
45

Kanal 12 İTV-nin aparıcısının “Putinin Qəzza zolağının blokadasını Leninqradın blokadası ilə müqayisəsi, habelə Rusiya dövlət mediasının anti-İsrail nəşrləri ilə dolu olması barədə nə düşünür” sualını cavablandırarkən İsrail Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, postsovet məkanında İsrailin xarici siyasətinin patriarxı Liberman deyib:
“İsrail həm beynəlxalq ictimaiyyətə münasibətdə, həm də təbii ki, bizi müqayisə edən dövlətlərə münasibətdə çox, çox sərt mövqe sərgiləməlidir..

. Qəzzada baş verənləri Leninqradın blokadası ilə müqayisə etmək tamamilə yersizdir. Qəzza İsrail dövlətinin üzərinə gəldi, biz onların yox. Tamamilə yersiz bir müqayisə! Bunları, o cümlədən prezident Putinə birbaşa formada söyləmək lazımdır… Bunda çox aydın və sərt xətt çəkməliyik…”