İsrailin baş naziri: Qərb bu rejimə qarşı çıxmasa, İran tezliklə atom bombasına sahib olacaq

0
48

İsrailin baş naziri Naftali Bennet “Teleqraf” qəzetinə verdiyi müsahibədə İranın nüvə silahı proqramını başa çatdırmağa təhlükəli dərəcədə yaxınlaşdığı barədə xəbərdarlıq edərək, “Qərb buna qarşı çıxmasa, İran tezliklə nüvə bombasına sahib olacaq” deyib.

“Dünya sərt mövqe tutmalı və İrandakı İslam rejiminə nüvə silahına sahib ola bilməyəcəyini söyləməlidir”, – Bennett müsahibəsində deyib.

İsrailin baş naziri vurğulayıb: Dünya İranın nüvə proqramını dayandırmayınca, İranın nüvə proqramı dayandırılmayacaq.

“The Telegraph” həmçinin Britaniya hökumətindəki məlumatlı mənbələrə istinadən yazıb ki, Qərb o həddə çatıb ki, İranın nüvə proqramının dinc xarakter daşıması iddiasına artıq etibar edə bilməyəcək.

Bu arada, BMT-nin baş katibi Antonio Quterreş şənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə görüşündə Vyana danışıqlarının davam etdirilməsinin vacibliyinə toxunaraq, diplomatiyanı İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün ən yaxşı yol adlandırıb.

Bu açıqlamalar Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının bu həftə üç Avropa ölkəsi və ABŞ tərəfindən təklif olunan İrandan MAQATE-nin üç şübhəli obyektlə bağlı suallarına dərhal cavab verməsini tələb edən qətnaməni böyük səs çoxluğu ilə qəbul etdiyi bir vaxtda edilir.

Rəhbərlər Şurasının qətnaməsində İranın qeyri-kafi əməkdaşlıq ucbatından açıqlanmayan ərazilərin uranın zənginləşdirilməsindən dərin narahatlıq ifadə edilib və İslam Respublikasını Beynəlxalq Atom Enerjisi Agentliyi ilə “ləngimədən” əlaqə saxlamağa çağırıb.