“Sevgi paylaşımları seli, səfirliyimizin qapısındakı güllər, sosial şəbəkələrdəki yazılar – bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir. Səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm.Təşəkkür edirəm. Biz qalib gələcəyik”, – səfir qeyd edib. Xatırladaq Bu gün bir qrup Bakı sakini Həmasın hücumları nəticəsində həyatını itirən 700-dən çox israilli üçün İsrailin Bakıdakı səfirliyinin qarşısına güllər düzüb. Ölənlərin ruhuna sayqı olaraq şamlar yandırılıb.

























