İsrail Qəzzanın şimalında HƏMAS-ın komanda mərkəzinə zərbələr endirib

0
3

İsrail Ordusu Qəzzanın şimalında Fələstinin HƏMAS hərəkatının qərargahı olduğu bildirilən Əl-Əhli xəstəxanasına zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail Ordusunun teleqram kanalında məlumat verilib.

Qeyd olunub ki, HƏMAS terrorçuları bu kompleksdən İsrail mülki əhalisinə və hərbçilərinə qarşı terror aktları həyata keçirmək üçün istifadə ediblər.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklava kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəs rejimini pozub.