Rusiya xarici işlər naziri Sergey Lavrovun dünənki bəyanatından sonra İsrail Rusiya hökumətindən üzr istəməsini tələb edəcək. Bunu İsrailin xarici işlər naziri Yair Lapid deyib, Washington Post yazır.
Lavrov İtaliyaya müsahibəsində özü yəhudi olan Ukrayna prezidenti Vladimir Zelenskini nasizmi dəstəkləməkdə ittiham edərək, “Hitlerdə də yəhudi qanı var” demişdi.
Rusiya xarici işlər nazirinin bəyanatı təkcə İsraildə deyil, hökumət sözçüsü Steffen Hebestreit-in bunu “absurd” adlandırdığı Almaniyada da qəzəb doğurub, TT xəbər verir.