İran xarici işlər nazirinin təyyarəsi “Zvartnots” hava limanına enib.
Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü planlaşdırılır.
İran KİV-lərinin məlumatına görə, Abdullahian Tehran və İrəvan arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə etmək niyyətindədir. O, həmçinin “3+3” formatında Cənubi Qafqaz regionu ilə bağlı mühüm məsələlər üzrə məsləhətləşmələr aparacaq.

























