İranın saxta ittihamlı “Şahçıraq hücumunda” edam qərarı.

0
17

İranın Fars Əyalətinin Baş hakimi Kazım Musəvi bildirib ki, Şahçıraq ziyarətgahına “hücumun” iki müttəhiminin edam hökmü tezliklə icra olunacaq. Məhəmməd Ramiz Rəşidi və Naim Haşim Qatali adlı şəxslər “hücumun” əsas müttəhimdirlər və edama məhkum ediliblər.

İran rejimi isə ötən ilin noyabrın ortalarında Şahçıraqdakı hücumdan sonra bu hücumla bağlı “Azərbaycan Respublikası, Tacikistan və Əfqanıstan vətəndaşları” olan 26 nəfəri həbs etdiyini açıqlamışdı.

Rejim “hücumu törədənlərin” kimliyi ilə bağlı bir çox ziddiyyətli açıqlamalar verib :

• Adı çəkilən birinci şəxs Tacikistan vətəndaşıdır, ikinci şəxs əfqandır. Azərbaycan vətəndaşı olduğu iddia edilən şəxsin isə nə adı var, nə sanı.

• Rejim terroru törətməkdə ittiham etdiyi şəxslərin adını bir neçə dəfə fərqli adlar olaraq açıqlayıb.