İran ABŞ-nin əl-Udeyd bazasına qarşı hərbi əməliyyata başlayıb – YENİLƏNİB

0
46

İran Qətərdəki ABŞ-nin əl-Udeyd bazasına qarşı hərbi əməliyyata başlayıb.

“Report” xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.

Məlumata görə, əməliyyat “Qələbə xəbərləri” adlanır.

20:50
Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Axios”un məlumatına görə, İran Qətərdəki ABŞ hərbi bazaları istiqamətində 6 raket atıb.