Husilər Qəzzada əməliyyatın bərpa olunacağı təqdirdə İsrailə hücum etməyə hazırdır
Written by Mir on February 11, 2025
Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları İsrailin Qəzza zolağında döyüşləri bərpa edəcəyi təqdirdə onlara qarşı hücumları bərpa etməyə hazırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların lideri Abdel Malik əl-Husi bildirib.
“Barmağımız tətikdədir və düşmən İsrail Qəzza zolağına qarşı təcavüzü bərpa edərsə, onlara dərhal cavab verməyə hazırıq”, – o deyib.
Bizim Telegram kanalımıza abunə olun