AZMTV

AZMTV

Current track

Title

Artist

Horadizdə traktor minaya düşüb, xəsarət alan var

Written by on December 7, 2023

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan “Report”a bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb.

O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.


Reader's opinions

Leave a Reply

Your email address will not be published.



AZMTV

AZMTV

Current track

Title

Artist