Hindistan Rusiya neftini böyük endirimlə alır

0
71

Bloomberg mənbələrinə görə, Rusiya Hindistana nefti kəskin endirimlərlə satır. Qiymətin müharibədən əvvəl mövcud olan bir barelin qiymətindən 35 dollar aşağı olduğu bildirilir.

Ural nefti üzrə müqavilələr rubl və rupi ilə veriləcək ki, bu da onu dollar və ya avro ilə ödəməli olmayan Hindistan üçün daha cəlbedici edəcək.

Digər ölkələrlə müqayisədə Hindistan Rusiyaya daha yumşaq münasibət bəsləyib və xarici dünyanın təzyiqlərinə baxmayaraq, Ukraynaya təcavüzü açıq şəkildə pisləməyib.