İşğal altında olan Xerson şəhəri yaxınlığında Dnepr çayı üzərindən keçən Rusiya üçün strateji əhəmiyyətli iki avtomobil körpüsü indi tamamilə və daimi olaraq hərbi məqsədlər üçün yararsızdır. Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin gündəlik vəziyyət hesabatında deyilir.
Avqustun 10-da Ukrayna Xersonu Rusiyanın nəzarətində olan digər ərazilərlə birləşdirən Antonivka və Kaxovski körpülərinə hücum etdi.
“Rusiya əhəmiyyətli təmir işləri apara bilsə belə, körpülər böyük zəiflik yaradacaq” deyir.