Hakan Fidanla ABŞ-nin dövlət katibi arasında görüş keçirilir

0
18

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
Bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə edirlər.

Müzakirələrdən sonra onların birgə mətbuat konfransı keçirmələri gözlənilir.

Qeyd edək ki, A.Blinken Ankarada səfərdədir.