AZMTV

AZMTV

Current track

Title

Artist

Gürcüstanın Baş nazirliyə namizədi Cənubi Qafqazda sülhə töhfə verəcəyini vəd edib

Written by on February 3, 2024

Gürcüstan Cənubi Qafqazda sülhün, əməkdaşlığın və sabitliyin təşviqi üçün səylərini davam etdirəcək, həmçinin Türkiyə, Azərbaycan və Ermənistanla ikitərəfli strateji münasibətlərdə yüksək dinamikanı qoruyub saxlayacaq.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirliyə namizədi İrakli Kobaxidzenin təqdim etdiyi “Avropa dövlətinin qurulması naminə” hökumət proqramında deyilir.

“Cənubi Qafqazda sülhün, əməkdaşlığın və sabitliyin təşviqi istiqamətində səylər davam etdiriləcək. Bu məqsədlər üçün qonşu tərəfdaş dövlətlərlə uğurlu əməkdaşlığı gücləndirmək və bütün sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək lazımdır”, – proqramda vurğulanır.


Reader's opinions

Leave a Reply

Your email address will not be published.



AZMTV

AZMTV

Current track

Title

Artist