Ukraynanın xarici işlər naziri Dmitri Kuleba cümə axşamı G7 və NATO-ya üzv dövlətlərə deyib ki, Ukrayna Rusiyaya qarşı müharibədə qalib gəlməyə kömək etmək üçün “uzunmüddətli həll” axtarır., Reuters xəbər verir.
NATO-nun Brüsseldəki mənzil-qərargahından Twitter-də yazıb: “Mən bu gün bura üç ən vacib şeyi müzakirə etmək üçün gəldim: silahlar, silahlar və silahlar. Ukrayna təcili olaraq dayanıqlı təchizata və Ukraynanın qalib gəlməsinə kömək edəcək uzunmüddətli həllə ehtiyac duyur”.


























