Rusiyanın iki yüksək rütbəli təhlükəsizlik məmuru Vladimir Putinə yalan məlumat verməkdə ittiham olunaraq ev dustaqlığına buraxılıb. Cəzalandırılan FSB rəhbərlərinin sayı arta bilər, SR Ekot xəbər verir.
Məlumatı minilliyin əvvəlində Putin hakimiyyətə gələndən bəri Rusiya təhlükəsizlik xidmətlərinə nəzarət edən jurnalist Andrey Soldatov verib.
İndiyədək cəzalandırılanlar əməliyyat informasiya idarəsinin rəisi general Sergey Beseda və onun müavinidir.
“Yəqin ki, onları hansısa iqtisadi cinayətdə ittiham edəcəklər, amma əslində söhbət prezidentə qeyri-standart məlumat verməkdən gedir”, – Soldatov Ekot-a deyib.
Onun sözlərinə görə, Putinin işğal planı Ukraynanın güc strukturlarının və institutlarının ilk zərbədən sonra dağılması və prezident Zelenskinin vəzifədən uzaqlaşdırılmasına əsaslanırdı.