Fransanın Laçın-Xankəndi yolunun statusu ilə bağlı təklif etdiyi qətnamənin təsdiq edilməməsi

0
49

Fransanın BMT-yə Laçın-Xankəndi yolunun vəziyyətinin humanitar fəlakət kimi tanınması ilə bağlı təklif etdiyi qətnamə təsdiqlənməyib.

Fransa tərəfdən prosesə birbaşa Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edirdi.

Fransa 10 gün ərzində Laçın yolunun vəziyyəti ilə bağlı bəyanatı qəbul edə bilməyib.

Bu bəyanatın qəbul edilməməsində Azərbaycan prezidenti İlham Əliyevin və diplomatların müstəsna rolu olub: “Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarılıb. Sonra qeyd olunub ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında həyata keçirilə bilər.

Bu diplomatik döyüşdə Azərbaycanı Rusiya, Böyük Britaniya, BƏƏ və Albaniya dəstəklədi.