Fransa: Ukraynanın AB müraciətinə iyun ayında baxılacaq

0
36

Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa İttifaqı liderləri gələn ay Ukraynanın Aİ-yə üzvlük müraciətini dəyərləndirməyi planlaşdırır.

Nazirliyin sözçüsü bildirib ki, üzvlük ərizəsi Avropa Komissiyası tərəfindən araşdırılır və iyun ayında Avropa Şurasında dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunacaq.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen bazar ertəsi bildirib ki, Aİ gələn ay Ukraynanın Birliyə qoşulması ilə bağlı rəyini dərc edəcək.