Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin fələstinli general-mayor Nidal Əbu Duxanla ölkələr arasında hərbi əməkdaşlıq barədə danışıqlar aparıb. Reuters xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Danışıqlar Rusiyanın “Army-2022” hərbi sərgisi ilə bağlı baş tutub. Nazirlik danışıqların məzmunu ilə bağlı ətraflı məlumat verməyib.
Rusiya həmçinin bildirib ki, Mali ilə ölkənin hərbi potensialının gücləndirilməsi ilə bağlı danışıqlar aparır.

























