İyunun 18-də Rusiya helikopteri Estoniyanın hava məkanını pozub. “Reuters” yazır ki, ölkə hökuməti Rusiya səfirini çağırıb və “son dərəcə ciddi” qanun pozuntusuna etiraz edib.
Görüş zamanı Estoniya hökumətinin də Baltikyanı qonşuları ilə həmrəyliyini ifadə etdiyi və Rusiya səfirinə Rusiyanın qonşularını təhdid etməyi dayandırmalı olduğu barədə məlumat verdiyi bildirilir.


























