Ərdoğan Hakan Fidana medal verdi

0
15

Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatındakı (MİT) 13 illik xidmətlərinə görə Milli Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim edib.

“Bu medalı mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada və İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından alıram”

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan xidmətlərinə görə “Dövlətdə üstün xidmət medalı” ilə təltif edilərkən Ərdoğana deyib.