Donetskdə ölümcül partlayışlar olub

0
18

Ukrayna hərbçiləri Rusiya hərbçilərinin işğal etdiyi torpaqları geri almaq üçün Ukraynanın şərqinə hücumlarını davam etdirir. Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilər də Ukraynanın əks-hücumunun hədəfidir.

Donetsk şəhərinin yerli lideri Denis Puşilin hücumlar nəticəsində azı 13 nəfərin öldüyünü deyir və o, Ukrayna qüvvələrini avtobus dayanacağında və bankda dinc insanlara hücum etməkdə ittiham edib, BBC yazır.

Ukrayna məlumatı şərh etməyib, lakin prezident Vladimir Zelenski son çıxışlarında Ukraynanın irəliləyişinin davam etməsinin gözlənildiyini bildirib.

Donetsk şəhəri 2014-cü ildən Rusiyanın etibarlı nümayəndələri tərəfindən idarə olunur.