Dəməşqdə İsrailin hücumu nəticəsində “Sepah”ın müşavirləri zərərsizləşdirilib

0
12

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqə raket hücumu zamanı Suriyada olan iki müşavirinin öldürüldüyü bildirib.

“Report”un İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İİKK-nın İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

“İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbi müşaviri Suriyada İsrailin son bombardmanı nəticəsində öldürülüb”, – mətndə diqqətə çatdırılıb.

Xatırladaq ki, səhər saatlarında İsrailin Hərbi Hava Qüvvələri Dəməşqin ətrafına raket zərbəsi endirib.