Rusiyanın dövlət qaz şirkəti “Qazprom” Çinlə Rusiya qazı üçün rubl və ya yuan/renminbi ilə ödəniş etmək barədə müqavilə imzalayıb, Reuters xəbər verir. Əvvəlki ödənişlər dollarla həyata keçirilirdi.
Bu dəyişiklik Rusiyanın ABŞ dollarından asılılığını azaltmaq səylərinin bir hissəsidir. Üstəlik, bu, Ukraynanın işğalından sonra Rusiyaya sərt təzyiqlər göstərən Qərbin sanksiyalarına ölkənin müqavimət göstərməsinin bir yoludur.