Aİ-yə üzv dövlətləri təmsil edən Aİ Şurasının sədri Çarlz Mişel Kiyevə gəlib. Səfər Rusiyanın Ukraynanın şərqində hücumlarını gücləndirdiyi bir vaxtda baş verir.
Mişel Twitter-də yazıb: “Bu gün Kiyevdə. Azad və demokratik Avropanın qəlbində”.
O, Ukrayna paytaxtının vağzalında çəkilmiş fotonu da dərc edir.