– Yüzlərlə insanın həlak olduğu, minlərlə yaralının olduğu deyilir. Bunların içində mülki insanlar da var.
– Fələstin hərbçiləri tərəfindən bir İsrail bazasının ələ keçirildiyi bildirilir.
– İsrailin bir çox şəhərlərində küçə döyüşlərinin olduğu xəbərləri var.
– Onlarla İsrail əsgərinin əsir götürülərək Qəzza bölgəsinə aparıldığı deyilir.
– Qəzza zolağından Yerusəlim/Qüds şəhərinə də raketlərin atıldığı bildirilir.
– Qəzza zolağından İsrail ərazisinə ümumilikdə 5000-dən çox raket atıldığı deyilir.
– İsrail Müdafiə Qüvvələri “Dəmir Qılınclar” əməliyyatının başladığını elan etdi.
– İsrail Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri Qəzza zolağını bombardman etməyə başlayıb.

























