Britaniya və Hindistan “yeni və genişləndirilmiş” müdafiə paktı haqqında razılığa gəliblər.

0
44

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson Hindistanın baş naziri Narendra Modi ilə Nyu-Dehliyə səfəri zamanı bildirib.

Reuters xəbər verir ki, Cümə günü Modi ilə birgə mətbuat konfransında Conson deyib: “Münasibətlərimizi hər cəhətdən gücləndirən gözəl söhbətlərimiz oldu”.

Consona görə, yeni tərəfdaşlığın “onilliklər boyu” davam edəcəyi gözlənilir və ölkələr Hind-Sakit okean regionunu “açıq və azad” saxlamaq istəyini bölüşürlər.

Britaniyanın ümidi ondan ibarətdir ki, Qərblə daha sıx əməkdaşlıq Hindistanın bu gün Hindistanın ən böyük silah tədarükçüsü olan Rusiyadan asılılığını azaldacaq.