Reuters xəbər verir ki, Britaniya Rusiyaya qarşı məhdudiyyətləri gücləndirir və bəyanatında yazır ki, o, “Putinin döyüş maşınını ac qoyacaq”. Rusiyanın “Sberbank” və “Kredit Bank of Moscow” banklarının aktivləri dondurulub və 2022-ci ilin sonuna kimi Rusiyadan bütün kömür və neft idxalı dayandırılacaq.
Xarici İşlər Nazirliyi bəyanatında həmçinin bildirir ki, onlar da bundan sonra ən qısa zamanda Rusiya qazının idxalını dayandıracaqlar.
Daha səkkiz oliqarxa qarşı da sanksiyalar tətbiq olunacaq.
Moskva Britaniyanın sanksiyaların artırılması ilə bağlı qərarına cəld reaksiya verib və Rusiyadakı Britaniya mediasına qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
ABŞ daha əvvəl Rusiyanın Sberbank bankının da aktivlərini donduracağını açıqlamışdı. Bank ABŞ-ın qərarını belə şərh edib:
“Sanksiyalar bankın əməliyyatlarına ciddi təsir göstərməyəcək və sistem artıq əvvəlki məhdudiyyətlərə uyğunlaşdığı üçün ruslara xidmətə təsir etməyəcək”.