Boksçumuz Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşıb.
Boksçumuz erməni rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Məhsəti yekunda 5:0 hesabı ilə qalib gəlib.
Bununla da Avropa Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı 4-ə çatıb.



























