BMT Rusiyanın İnsan Hüquqları Şurasından çıxarılmasına səs verəcək

0
51

Bu gün BMT Baş Assambleyası Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasından çıxarılıb-çıxarılmaması ilə bağlı səsvermə keçirəcək, The Guardian xəbər verir.

Bu tələb Butja şəhərində yüzlərlə mülki vətəndaşın cəsədi tapıldıqdan sonra ABŞ-dan gəlir.

– Rusiya ordusunun üzvlərinin Ukraynada hərbi cinayətlər törətdiyinə inanırıq və hesab edirik ki, Rusiya cavab verməlidir. ABŞ səfiri Linda Tomas-Qrinfild deyir ki, Rusiyanın İnsan Haqları Şurasının bir hissəsi olması farsdır.