
Quterreş prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Türkiyə Ukraynada müharibəyə son qoymaq üçün potensial vasitəçi kimi seçilib.
Ukrayna prezidenti Vladimir Zelenski BMT rəhbərini Ukraynadan əvvəl Rusiyaya səfərinə görə tənqid edib.
– Bunda nə ədalət var, nə də məntiq. Ukraynada müharibə gedir, Moskva küçələrində cəsəd yoxdur. Zelenski deyir ki, əvvəlcə Ukraynaya getmək, oradakı insanları, işğalın nəticələrini görmək məntiqli olardı.