Bir sıra ölkələr Rusiyanın Ukraynaya müdaxiləsindən sonra İnterpolun beynəlxalq polis əməkdaşlığından kənarda qalmasını istəyir.

0
79

Bir sıra ölkələr Rusiyanın Ukraynaya müdaxiləsindən sonra İnterpolun beynəlxalq polis əməkdaşlığından kənarda qalmasını istəyir.

Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya Rusiyanın polis əməkdaşlığı sistemindən dərhal uzaqlaşdırılması tələbi ilə müraciət edib.

Britaniyanın daxili işlər naziri Priti Patel Twitter hesabında yazıb: “Rusiyanın hərəkətləri insanların təhlükəsizliyinə və beynəlxalq hüquq-mühafizə orqanlarının əməkdaşlığına birbaşa təhdiddir”.

Patelin sözlərinə görə, ölkələr İnterpolun İcraiyyə Komitəsindən bu həftə qərar qəbul etməyi xahiş ediblər.