Bayden: Ukraynaya kömək etmək baha başa gəlir

0
20

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden deyir ki, hətta öz ölkəsində amerikalılar və bəlkə də özü yüksək qiymət ödəməli olsa belə, Ukraynaya kömək etməyə dəyərdi.

O, AP xəbər agentliyinə müsahibəsində deyir ki, ABŞ-ın Rusiyaya qarşı müharibədə Ukraynaya kömək etmək üçün yüksək qiymət ödəməyə məcbur olacağına həmişə aydın olub.

– Bu pulsuz olmayacaq, amma heç nə etməmək seçimi daha pis idi. Söhbət mənim siyasi sağ qalmağımla bağlı deyil, ölkə üçün nəyin yaxşı olmasından gedir.